Karete-Do idmanı növü üzrə respublika çempionatında məktəbin şagirdləri qalibiyyət qazanıb

07 aprel 2017 -ci il tarixdə Karete-Do idmanı növü üzrə respublika çempionatı keçirilmişdir. Bu yarışda məktəbimizin 10-cu sinif şagirdi Abdullazadə Əli Azər oğlu və 6-cı sinif şagirdi Abdullazadə Cavid Azər oğlu iştirak etmişdirlər. Onlar yarışda yüksək əzm və bacarıqlarını nümayiş etmişlər. Abdullazadə Əli yarışın birincisi olaraq qızıl medal, Abdullazadə Cavid isə yarış üçüncüsü olaraq bürünc medal qazanmışdır. Qardaşlar 04 may 2017-cil tarixdən 07 may 2017-ci il tarixədək Ukraynanın Xarkov şəhərində keçiriləcək Açıq Dünya Çempionatında da iştirak etməyə hazırlaşırlar.Nəzərinizə çatdırırıq ki, Yasamal rayonu məktəblərindən təkcə 52 saylı tam orta məktəbin şagirdləri iştirak edəcək. Bu iştirak edəcəkləri Dünya Çempionatında məktəb rəhbərliyi olaraq onlara uğurlar və birincilik arzulayırıq.Uğurları davamlı olsun.