6 C sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə  Rzayeva tərəfindən açıq dərs keçirilib

22.05.2025-ci il tarixdə  məktəbin  6 C sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə  Rzayeva tərəfindən açıq dərs keçirilib. Dərsin əsas məqsədi şagirdlərdə ədəbi-bədii təfəkkürü inkişaf etdirmək, onların Azərbaycan dilinin incəliklərinə dərindən bələd olmalarını təmin etmək və vətənpərvərlik ruhunu aşılayan ədəbi nümunələr vasitəsilə mənəvi dünyalarını zənginləşdirmək olub.

 

Dərs müasir təlim metodlarına əsaslanaraq interaktiv formada təşkil olunub. Şagirdlər 4 qrupa bölünərək müxtəlif tapşırıqları yerinə yetiriblər, bədii mətnlər üzərində işlədilər və öz fikirlərini sərbəst şəkildə ifadə ediblər. Müəllim sinifdə fəal öyrənməni təşviq edib, şagirdlərin müstəqil düşünmə və təqdimetmə bacarıqlarını önə çıxarıb.

 

Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətafət Həsənova və digər fənn müəllimləri iştirak ediblər. Şagirdlərin fəallığı və dərsin təşkilati səviyyəsi təqdir olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi