Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 – ci ildönümü ilə bağlı tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 – ci ildönümü münasibətilə məktəbdə dəyirmi masa təşkil edilib. Məktəbin direktoru Qabil Nəsibov şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verib. Şagirdlər çıxışlarında Heydər Əliyev irsinin öyrənilməsi və geniş təbliğinin vacibliyini qeyd edərək bu yolun davamçıları olacaqlarına əminlik ifadə ediblər.