Pedaqoji Şuranın növbəti iclası keçirilib

01.05.2025-ci il tarixdə Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclasda 2025-ci tədris ilinin 2-ci yarımilində müəllimlərin işə, şagirdlərin dərslərə davamiyyəti, dərslərin keyfiyyətli tədrisinin vəziyyəti, 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri, 2025-ci tədris ilinin fevral və aprel aylarında 4-cü siniflərdə Azərbaycan dili və riyaziyyat, 6-cı siniflərdə Azərbaycan dili, riyaziyyat və təbiət fənnlərindən keçirilmiş məktəbdaxili monitoriqlərin nəticələri və mərkəzləşmiş monitoriqlərə hazırlıq müzakirə olunub. Pedaqoji Şuranın iclasında məktəbin direktoru Qabil Nəsibov və təlim tərbiyə işləri üzrə direktor müavini Lətafət Həsənova gündəlikdə duran məsələlərlə bağlı geniş məruzə ediblər. İclasın sonunda tədrisdə fərqlənən müəllimlər mükafatlandırılıblar.