Məktəbdə maarifləndirici və mədəni əhəmiyyət daşıyan kitab sərgisi keçirilib

Məktəbdə maarifləndirici və mədəni əhəmiyyət daşıyan kitab sərgisi keçirilib. Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə təşkil olunan sərgi oxu mədəniyyətinin inkişafına və gənc nəsildə kitaba olan marağın artırılmasına xidmət edib.
Sərgidə müxtəlif janrlarda – bədii ədəbiyyat, uşaq ədəbiyyatı, ensiklopediyalar, elmi-kütləvi əsərlər nümayiş olunub. Şagirdlər sevdikləri yazıçıların kitabları ilə yaxından tanış olublar, bəziləri isə kitabları mütaliə üçün seçiblər və kitab haqqında fikirlərini bölüşüblər.
Məktəbin direktoru Qabil Nəsibov çıxış edərək oxumağın insan dünyagörüşünü genişləndirdiyini və belə tədbirlərin maarifləndirici rolunu vurğulayıb. Belə tədbirlər məktəbdə oxu mədəniyyətinin formalaşmasına və şagirdlərin intellektual inkişafına müsbət təsir göstərdiyini qeyd edib.