Dünya Kitab və Müəlliflik Hüququ Günü

Məktəbdə UNESCO tərəfindən təsis edilmiş 23 Aprel – “Dünya Kitab və Müəlliflik Hüququ Günü”  xüsusi bir tədbirlə qeyd olunub. Tədbirdə  məktəbin ədəbiyyat müəllimi Rzayeva Yeganə,  kitabxana müdiri Məmmədova İradə, 6 A və 7 B sinif şagirdləri iştirak ediblər. Tədbirin əsas məqsədi kitab oxumağın əhəmiyyətini vurğulamaq, müəlliflərin əməyinə hörmət göstərmək və şagirdlərdə mütaliəyə marağı artırmaq olub. Tədbir zamanı şagirdlər müxtəlif ədəbi nümunələrdən parçalar səsləndiriblər, sevimli kitabları haqqında fikirlərini bölüşüblər və tanınmış yazıçıların həyat və yaradıcılığı haqqında məlumat veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi