Gələcəyini qurmaq üçün ilk addımı at!

Məktəbdə 11 aprel 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının karyera - məsləhətçiləri Nağı Qazax və Kazımova Nərmin tərəfindən "Məktəbdən karyeraya" mövzusunda maraqlı və interaktiv təlim keçirilib.
8-9-10-11-ci sinif şagirdləri əmək bazarının hazırkı vəziyyəti, müxtəlif peşə və ixtisaslar, eləcə də uğurlu peşə seçimi haqqında məlumatlar əldə ediblər. Onları maraqlandıran suallar cavablandırılıb və faydalı tövsiyələr verilib.
Təlimlərin keçirilməsində məqsəd peşəyönümü məsləhət xidmətinin keyfiyyətinin artırılması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsidir.