Hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqlərinin keçirilməsi məqsədilə tədbir keçirilib

Məktəbdə 08.04.2025 – ci il tarixdə Hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqlərinin keçirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə müəllim və şagirdlər iştirak ediblər. Məktəbin direktoru Qabil Nəsibov tədbiri açıq elan edib. O, şagirdlərə mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazır olmasının yolları haqqında ümumi məlumat verib. Bundan sonra tədbiri aparmaq üçün söz Mülki Müdafiə qərargahının rəisi Lətafət Həsənovaya verilib. O, “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi”, sonra çıxış edən qərargah rəisinin müavini Şahlar Məmmədov isə “Fövqalədə hallar zamanı yanğınların söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, əlehqaz və digər vasitələrdən istifadə” mövzularında çıxış ediblər. Tədbirin sonunda mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim də keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş ediblər.