"Xocalı soyqırımı" nın 33-cü ildönümü ilə bağlı  tədbir keçirilib

Bu gün məktəbdə "Xocalı soyqırımı" nın 33-cü ildönümü ilə bağlı  tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Qabil Nəsibov şagirdlərə Xocalı soyqırımı haqqında məlumat verib. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisya ilə çıxış ediblər. Xocalı faciəsinin 33-cü ildönümünü əks etdirən divar qəzetləri buraxılıb.  "Xocalıya ədalət" mövzusunda istedadlı şagirdlərin rəsm işləri nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi