Şəhid İsa Məhərrəmovun doğum gününə həsr olunmuş tədbir keçirilib

Məktəbdə 14.02.25 tarixində II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş məktəbin məzunu İsa Məhərrəmovun doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidlərin valideynləri və yaxınları iştirak ediblər. Şagirdlər Şəhidlərə həsr etdikləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Tədbirin sonunda şəhid İsa Məhərrəmov, Yusif Nəcəfov və Kənan Dadaşzadə haqqında hazırlanmış videoçarxlar nümayiş olunub.