Bugün məktəbdə “Yazın gəlişi” adlı tədbir keçirildi

Bugün məktəbin sinif müəllimi Alimə Talışlı 2a sinif ilə “Yazın gəlişi” adlı tədbir keçirtdi.Təcrübəçi tələbə Xumar İsayeva tədbirin senarisini hazırlayıb və digər təcrübəçi tələbələrin köməyi ilə tədbir təşkil olundu. Tədbir himnlə başladı. Tədbirdə birinci “Dəli Kür” kino filmindən “Novruz bayramı” hissəsi səhnələşdirildi.Daha sonra “O olmasın bu olsun” və “Arşın mal alan” kino filmlərinin birləşməsindən təcrübəçilərin təşəbüssü ilə tədbirə rəng qatıldı..Daha sonra uşaqlar hazırladıqları şeirləri dedilər.Müəllim tədbir iştirakçılarının bayramını təbrik etdikdən sonra Novruzun personajları olan Keçəl, Kosa və Bahar qızı səhnəyə gəldi. Tədbir uşaqların rəqsi ilə sona çatdı