20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş tədbir keçirildi

Bu gün məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş “Ağla qərənfil, ağla” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himnin səslənməsi ilə başladı və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin tarix müəllimi Dilbər Əhmədova və kitabxanaçı Donara Qəhrəmanova tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında geniş məlumat verdilər. Tədbirdə ibtidai sinif şagirdləri ilə yanaşı yuxarı sinif şagirdləri də iştirak etdilər. 5 - ci sinif şagirdləri hazırladıqları şeir və kompozisiya ilə çıxış etdilər, 11 - ci sinif şagirdləri isə “Azərbaycan əsgəri” mahnısını ifa etdilər. Sonda şəhidlərin büstünün önünə şagirdlər tərəfindən tər qərənfillər düzüldü.