Birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

2024-2025-ci tədris ilində I yarımil üzrə BSQ-lər keçirilir. BSQ-lər mərkəzləşmiş qaydada rəqəmsal və kağız varyantlarında aparılır. BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmələrin təşkili ilə bağlı məktəb rəhbərliyi tərəfindən "Təşkilat", Nəzarət", "Yoxlama" və "Apellyasiya" komissiyaları yaradılmışdır.