"Uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda maarifləndirici tədbir keçirilib

Bugün məktəbdə IV-IX sinif şagirdləri, sinif rəhbərləri və valideynlər üçün "Uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri təşkil edən məktəbin psixoloqu Səbinə Gözəlova olub. Tədbirdə bu il məktəbin qoşulduğu "Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi, layihənin işləmə mexanizmi və tədris ili başlayandan layihə çərçivəsində görülmüş işlər barədə şagird, müəllim və valideyn heyətinə geniş məlumat verilib. Eyni zamanda layihənin işçi qrupunun üzvü olan Səbinə Gözəlova, Aydan Məmmədova və Lətafət Həsənova cəmiyyətdə qanunvericiliyin təmin etdiyi uşaq hüquqları və bu uşaq hüquqları pozulduğu halda dövlət və aidiyyatı təşkilatlar tərəfindən atıla biləcək qanuni addımlar barədə məlumatlandırıcı çıxışlar ediblər.