“Narkomaniya ümümbəşəri bəladır” və "Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti"

30.10.2024– cü il tarixdə “Narkomaniya ümümbəşəri bəladır” və "Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti" mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb və sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda  gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin  ruhuna 1 dəqiqəlik  sükutla  yad  ediblər. Tədbirdə Yasamal  rayon  Polis  İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev, Yasamal  rayon  Polis  İdarəsi rəisin Şəxsi Heyətlə İşi Üzrə Köməkçisi polis mayoru Vüsal Kərimov, Yasamal  rayon  Polis  İdarəsinin  Narkotiklərlə  Mübarizə  Bölməsinin rəisi polis polkovnik - leytenantı  Anar İbrahimov,  Yasamal rayon Polis İdarəsinin  Yetkinlik yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi Polis polkovnik-leytenantı Nəbi Nəcəfov və Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru polis mayoru Bəxtiyar Vəliyev iştirak ediblər. Tədbirdə şagirdləri maraqlandıran suallara cavab verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi