Məktəbin şəhid məzunları anılıb

Məktəbdə 18.10.24 tarixdə II Qarabağ Müharibəsində torpağlarımızın azadlığı uğrunda şəhid olmuş məktəbin məzunları Nəcəfov Yusif və Məhərrəmov İsanın anım günü keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər. Şagirdlər Şəhidlərə həsr etdikləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər, sonda tədbir iştirakçılarına video çarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi