“Yaşıl dünyanı tanıyaq” mövzusunda açıq dərs keçirilib

14.10.2024 cü il tarixdə Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planlarına uyğun olaraq məktəbin 4 B sinif rəhbəri Zöhrə Cavadzadə şagirdləri ilə “Yaşıl dünyanı tanıyaq” mövzusunda açıq dərs keçirib. Açıq dərsdə məktəb direktoru Qabil Nəsibov və məktəbdənkənar sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Aydan Məmmədova iştirak ediblər.