27 sentyabr “Anım Günü” münasibətilə məktəbdə tədbir keçirilib

27 sentyabr “Anım Günü” münasibətilə məktəbdə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən müharibədə şəhid olmuş Vətən oğulları və qızlarının ruhunun bir qəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbdə bütün siniflərdə ilk dərs Qarabağ Azərbaycandır! mövzusunda olub.  Tədbirdə məktəb direktoru Qabil Nəsibov, direktor müavinləri, tarix müəllimləri  iştirak ediblər. Tədbirin sonunda şagirdlər Şəhidlərin xatirəsinə şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi