İLK PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB

5 sentyabr 2024/2025-cü il tarixində məktəbdə yeni tədris ilinin ilk pedaqoji şura iclası keçirilib. İclasda məktəbin direktoru Qabil Nəsibov pedaqoji heyəti salamlayıb və yeni dərs ilində onların hər birinə uğurlar diləyib. Ardınca 2023/2024-cü tədris ilində görülmüş işlər və qarşıda duran məsələlər, habelə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, BŞTİ-nin müvafiq təlimat və tövsiyələri haqqında müəllimləri məlumatlandırıb.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Lətafət Həsənova çıxış edərək müəllimlərin dərs yükü və dərs cədvəlinin, fənlər üzrə metodbirləşmə rəhbərlərinin təsdiqi, yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri, X siniflərinin komplektləşdirilməsi və təmayül siniflər haqqında ətraflı məlumat verib.
Daha sonra müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bilik nümayiş etdirərək məktəbə təyinat almış müəllimlər kollektivə təqdim olunub. Yeni təyinat almış müəllimlərə işlərində müvəffəqiyyətlər arzu edilib.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.