Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası I Məntiq olimpiadasının finalçıları mükafatlandırıldı

Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası I Məntiq olimpiadasının final mərhələsi başa çatmışdır.Qaliblər arasında məktəbin bir neçə şagirdi – Xudaverdiyeva Səma, İbrahimova Şəfanə,Əhmədzadə Rauf, Babayev İsmayıl, Həsənov Nurşah və Həbibov Emin olmuşdur. Qaliblərə məktəbimizin direktoru Elmira Ələsgərova diplomlarını təqdim etmiş və onlara uğurlar arzulamışdır.Şagirdlərin bilik yarışlarında yüksək intellekt nümayiş etdirməsində məktəbin “Gənc riyaziyyatçılar “ klubunun rəhbəri Üzeyir Ağazadə nin də böyük əməyi olmuşdur. Belə ki, kluba cəlb olunmuş şagirdlər çətinləşdirilmiş məsələləri öyrənməklə öz məntiqi təfəkkür qabilliyyətlərinin artırılması ilə yanaşı, həm də öz dərsdənkənar vaxtlarını səmərəli keçirirlər. Məktəbdə klubun üzvlərinin dəstəyi ilə tez- tez əlamətdar günlərə həsr olunmuş viktorinalar və əyləncəli tədbirlər keçirilir ki, bu da şagirdlər arasında çox maraqla qarşılanır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi