Pedaqoji Şurasının növbədənkənar iclası keçirilib

03.06.24 tarixdə məktəbin Pedaqoji Şurasının növbədənkənar iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024 tarixli KQ – 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları” pedaqoji heyətin nəzərinə çatdırılıb. Eyni zamanda 2024/2025 tədris ili üçün müəllimlərin proqnoz dərs yükü bölgüsü şurada müzakirə olunub və qərar qəbul olunub. Məktəbin direktoru Qabil Nəsibov "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın istiqamətləri barədə şura üzvlərinə geniş məlumat verib. Sonda ümumtəhsil müəssisələrində keçiriləcək “Son zəng” tədbiri ilə bağlı BŞTİ – nin təlimatının tələbləri pedaqoji heyyətə çatdırılıb.