Fransız dilinə həsr olunmuş tədbir keçirilib

22.05.24 tarixdə Azərbaycan Dillər Universitetinin, Fransız dili Filologiya fakültəsinin məktəbə təhkim olunmuş təcrübəçi tələbələri ilə məktəbin 1c, 5a,b,c, 9c və 10c sinif şagirdlərinin birgə hazırladıqları Fransız dilinə həsr olunmuş tədbir keçirilib. Bu tədbirdə məktəb rəhbərliyi, Azərbaycan Dillər Universitetinin metodistləri və valideynlər iştirak ediblər. Şagirdlər şeirlər, mahnılar, səhnəciklər təqdim etməklə dil bacarıqlarını nümayiş ediblər. 9c sinif şagirdlərinin və təcrübəçi tələbələrin birgə hazırladıqları "Müsyö Jordanın nəvəsinin Şuşaya səfəri" adlı səhnəcik xüsusi alqışlarla qarşılanıb. Tədbirin sonunda fəal iştirakına görə şagirdləri təltif olunublar.