Məktəbdə Xocalı faciəsinə həsr olunmuş tədbirlər davam edir

Yasamal rayonu 52 saylı tam orta məktəbin rəhbərliyi fevral ayının əvvəllərindən başlayaraq Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər həyata keçirir. Tədbirlərdə tarix müəllimləri şagirdlərə Xocalıda erməni vəhşilikləri barədə geniş məlumat veriblər. Fevralın 22-də məktəbin informatika müəllimləri Möhtəbər Hüseynova və Yeganə Süleymanova, tarix müəllimi Ramiz Nəcəflinin iştirakı ilə “Xocalı qan yaddaşımızdır” adlı tədbir keçirilib.Tədbirdə ADPU nəzdində fəaliyyət göstərən ADPK-nın tələbələri də iştirak ediblər.ADPK-nın təcrübəçi tələbəsi Günel Quliyeva Xocalı soyqırımına həsr etdiyi təqdimatını nümayiş etdirib.Məktəbin 11a sinif şagirdi Veyis Əliyev və 8c sinif şagirdi Ümid Ağayev bu təqdimatın hazırlanmasında yaxından iştirak ediblər.6a sinif şagirdi Hüseyn Məmədlinin də hazırladığı təqdimat tədbir iştirakçılarını çox təsirləndirib və onlar da intiqam hissini oyadmışdır.