Yurdumuza  yaz gəlir

“Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbin ibtidai və yuxarı sinif şagirdlərinin iştirakı ilə Novruz adətlərindən bəhs edən "Yurdumuza  yaz gəlir" adlı  tədbirlər keçirilib. Müəllimlər tərəfindən şagirdlərə Novruz bayramı haqqında məlumat verilib. Bu bayramın Azərbaycanda qeyd edilməsinin qədim tarixə malik olması vurğulanmaqla yanaşı, bayramın öz adət-ənənələri olduğu, xüsusən il axır çərşənbənin mahiyyəti şagirdlərə izah olunub. Daha sonra şagirdlərə bayram günlərində xalqımızın müxtəlif əyləncələr, o cümlədən, çərəq oyunları, oxatma və s. yarışları haqqında danışılıb. Şagirdlər milli geyimlərimizi nümayiş ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi