“1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edimiş tədbir

Məktəbdə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə müəllim və şagirdlər iştirak etdilər. Məktəbin direktoru Qabil Nəsibov tədbiri açıq elan etdi. O, şagirdlərə mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazır olmasının yolları haqqında ümumi məlumat verdi. Bundan sonra tədbiri aparmaq üçün söz Mülki Müdafiə qərargahının  rəisi Nüşabə Ağamirovaya verildi. O, “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi”, sonra çıxış edən qərargah rəisinin müavini Şahlar Məmmədov isə “Fövqalədə hallar zamanı yanğınların söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, əlehqaz və digər vasitələrdən istifadə” mövzularında çıxış etdilər. Tədbirin sonunda mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim də keçirildi. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdirdilər.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi