20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş idman turniri keçirilib

Qobustan rayon Olimpiya mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş idman turniri keçirilib. İdman turniri barədə “Şərq” qəzetində “20 Yanvar şəhidlərinə həsr olunan turnir keçirilib” başlığı altında məqalə dərc edilib. Məqalədə bildirilir ki, 20 Yanvara həsr edilmiş turnirdə yarışın əsas favoritləri Yasamal rayonu 52 saylı orta məktəbin 10-cu sinf şagirdi Abdullazadə Əli və 6-cı sinif şagirdi Abdullazadə Cavid qardaşları olub. Bu yarışda Abdullazadə Əli qızıl, Abdullazadə Cavid isə gümüş medal qazanıb. Qeyd edək ki, Əli və Cavid qardaşlar dərslərdə müntəzəm iştirak etmək və əla qiymətlər almaqla yanaşı, məşqlərə mütəmadi gedir və hər dəfə yeni nəaliyyətlər qazanmağa çalışırlar. 10-cu sinif şagirdi Abdullazadə Əli idman turnirlərində iştirak etməklə bərabər ali məktəbə də hazırlaşır. Biz də məktəb kollektivi olaraq qardaşlara uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi