Məktəbimizdə 20 Yanvar hadisələri anıldı

Bu gün məktəbimizdə 20 Yanvar faciəsi ilə əlaqədar “Ağla qərənfil, ağla” adlı tədbir keçirildi. Tədbiri məktəbimizin direktoru Elmira Ələsgərova açıq elan etdi. Sonra məktəbin tarix müəllimi Dilbər Əhmədova 20 Yanvar faciəsi haqqında geniş məlumat verdi.Tədbirdə ibtidai sinif şagirdləri ilə yanaşı yuxarı sinif şagirdləri də iştirak etdilər. 7a sinif şagirdləri “Səslərin görüşü” adlı kompozisiya ilə çıxış etdilər. 4b sinif şagirdləri “Şəhidlər” mahnısını, 10-cu sinif şagirdləri isə “Azərbaycan əsgəri” mahnısını ifa etdilər. İbtidai sinif şagirdləri “20 Yanvar” adlı rəsm sərgisi nümayiş etdirmişlər. 10-cu sinif şagirdləri inşa müsabiqəsində iştirak etmişdirlər. Sonda şəhidlərin büstünün önünə şagirdlər tərəfindən tər qərənfillər düzülmüşdür.