Məktəbdə fizika fənni üzrə açıq dərs keçirildi

19.12.2016 cı il tarixində məktəbin fizika müəllimi Nuriyyə Mehdiyeva 7c sinfində “Elastiki qüvvə” mövzusunda açıq dərsi keçirdi. Dərsdə məktəbin direktoru Elmira Ələsgərova, dərs hissə müdiri Nüşabə Ağamirova, təlim tərbiyə işi üzrə direktor müavini Aydan Məmmədova, sinif rəhbəri Təranə İsmayılova, həmçinin BDU –nun təcrübəçi tələbələri iştirak edirdi. Sinif dörd qrupa bölünmüşdü. Hər qrup öz adına uyğun fiziki kəmiyyət haqqında məlumat verdi. Motivasiya interaktiv lövhə vasitəsiylə yaradıldı. Tədqiqatın aparılması mərhələsində qrup liderlərinə təqdim edilən işçi vərəqlərdə ki, suallar əhatəli şəkildə cavablandırıldı.Yeni mövzunun daha yaxşı mənimsənilməsi üçün video çarxlarda istifadə edildi.Qruplar fəal iştirak etdi. Yaradıcı tətbiq etmə mərhələsində yeni biliklər əsasında hər bir qrup sadə dinamometr hazırladı.Sonda yeni standartlar əsasında qiymətləndirilmə aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi