Yay məktəbi davam edir

Məktəbdə iyun ayının 16-dan “Yay məktəbi”nə start verilib. İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. “Yay məktəbi”ndə I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunub. Məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. Məqsəd şagirdlərin tətil dövründə asudə vaxtlarının səmərəli keçməsinə, məktəblilərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaqdan ibarətdir. “Yay məktəbi” şagirdlər tərəfindən çox sevilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi