Son Zəng

14.06.2022-ci il tarixində məktəbdə “Son zəng” tədbiri keçirildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı cəngi sədaları altında tədbir yerinə gətirildi, tədbir açıq elan edildikdən sonra Dövlət Himni səsləndirildi. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəbin direktoru Qabil Nəsibov məzunlara təbrik etdi, onlara uğurlar dilədi. Tədbirdə birinci və ikinci Qarabağ müharibəsi qazisi ehtiyatda olan polkovnok Məhərrəm Həmidov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, müavini, və valideyinlər iştirak etdilər. Qazi, ehtiyatda olan polkovnik Məhərrəm Həmidov, direktor müavinləri Aydan Məmmədova, Nüşabə Ağamirova və Lətafət Həsənova çıxış etdərək məzunları təbrik etdilər. Məzunlar tədbir üçün hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət kompozisiyaları təqdim etdilər.