HÜSEYNLİ ƏLİ KARATE YARIŞINDA BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB

11-12 iyun 2022 tarixdə məktəbin 10 “B” sinif şagirdi Hüseynli Əli Türkiyədə keçirilən Dünya Karate yarışında birinci yerə layiq görüldü. Yeniyetmələr arasında keçirilən bu yarışda 65 kq çəkidə Əli bütün rəqiblərinə qalib gələrək qızıl medalı götürdü. Məktəb direktoru Qabil Nəsibov bu uğuruna görə Əlini təbrik etdi və ona yeni qələbələrinin olmasını arzuladı.