Müstəqillik Günü

Məktəbdə “28 May Müstəqillik Günü” adlı tədbir keçirildi. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Məktəb direktoru Qabil Nəsibov tədbir iştirakçılarına vətənimizin müstəqillik tarixindən danışdı. Müstəqillik gününə aid video film izlənildi.