"Zəfər tarixi" adlı konfrans keçirildi

Məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə 20.05.2022-ci il tarixdə "Zəfər tarixi" adlı konfrans keçirildi. Konfrans Vətən müharibəsi şəhidlərimizi tanıdaq amalı ilə keçirildi. Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan edildi. Tədbirdə məktəbin direktoru Qabil Nəsibov torpaqlarımızın işğaldan azad olunmasında şəhid və qazilərimizin böyük rolundan danışdı. Şagirdlərin şəhidlər haqqında hazırladıqları video və təqdimatlar nümayiş olundu. Tədbirin sonunda ibtidai sinif şagirdlərinin hazırladıqları şeir və mahnılar səsləndirildi.