Xalqa bağışlanan ömür

10 may tarixdə məktəbdə Azərbaycan xalqının azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş "Xalqa bağışlanan ömür" adlı tədbir keçirildi. Şagirdlər ümumillilider Heydər Əliyevin mənalı həyat yolu, zəngin irsini əks etdirən videoçarxlar şeirlər, kompozisiyalar təqdim etdilər. Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi və zəngin dövlətçilik siyasətindən danışan məktəbin direktoru Qabil Nəsibov şagirdlərə Azərbaycan tarixini dərindən öyrənməyi tövsiyyə etdi.