Ümummillilider Heydər Əliyevə həsr olunmuş açıq dərs

Aprelin 28-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar məktəbin müəllim və şagird kollektivinin iştiraki ilə açıq dərs keçirildi. Məktəblilər Mərkəzin “Muzey” bölməsində Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdilər. Mərkəzin bələdçiləri tərəfindən şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verildi. Açıq dərs məktəblilərin ümummilli lider Heydər Əliyevə həsr olunmuş çıxışları ilə davam etdi. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayış olundu.