“Oxu günü” tədbiri keçirildi

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə məktəbdə “Oxu günü” tədbiri keçirildi. “Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırıldı, seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil edildi. Şagirdlərin iştirakı ilə ədəbi-bədii gecə, qiraət axşamı və poeziya saatları, Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi,“Oxu günü” nə həsr olunmuş sinif divar qəzetlərinin buraxılması təşkil olundu.