ADA Universiteti tələbələri "Eyforiya” layihəsinə start vermək qərarına gəlib

Günümüzdə ağ ölüm kimi adlandırılan narkomaniya müasir dövrdə geniş yayılmaqda olan və sağlam cəmiyyətin formalaşması qarşısında duran ən böyük problemlərdən biridir. Təəssüf ki, narkotik vasitələrdən istifadə məktəb şagirdləri arasında yayılaraq onları bu problemin əsas qurbanlarına çevirməyə davam edir. Məhz buna görə də, ADA Universiteti tələbələri  Azərbyancanda sağlam cəmiyyətin formalaşmasına töhfə vermək məqsədilə “Eyforiya” layihəsinə start vermək qərarına gəlib. Layihə çərçivəsində Mərkəzi Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi əməkdaşları ilə birgə məktəb şagirdləri arasında narkotik maddələrin törətdiyi fəsadlar haqqında maarifləndirici sessiyaların həyata keçirilməsi planlaşdırılıb. Bu yolda atılan ilk addım Yasamal rayon 52 nömrəli məktəbinin 10 və 11-ci sinif şagirdləri ilə görüş oldu. Baş tutmuş görüşdə şagirdlərimizə narkotik vasitələrdən istifadə, onun insan həyatına təsirləri və bu kimi hallardan necə yayınmalı olduqları haqqında məlumat verildi. Əlavə olaraq, tədbir sonunda Mərkəzi Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə ilə birgə “sual-cavab” sessiyası keçirilərək, şagirdlərin yönləndirdiyi suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi