İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi ilə bağlı tədbir keçirildi

Məktəbin tədbirlər planına uyğun olaraq İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə məktəbin direktoru, müavinlər, müəllim və şagirdlər iştirak etdilər. İrəvan Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti və azərbaycanlı tələbə və məzunlar haqqında məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Kəmalə Hacıyeva geniş məruzə ilə çıxış etdi. Müəllim çıxışında seminariyanın məzunlarının Qərbi Azərbaycanın ictimai siyasi mühitində rolu və yeri barədə danışdı, onların həyat və yaradıcılığı haqqında məlumat verdi. Məktəbin VIII sinif şagirdləri Zəhra Əfəndi və Ləman Mustafayeva dəyirmi masada çıxış edərək, seminariyanın azərbaycanlı müəllimləri haqqında danışdılar. Dəyirmi masa müzakirələrlə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi