Məktəbdə Kəlbəcər rayonunun erməni işğalçıları tərəfindən işğalı və Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa keçirildi

Məktəbdə Kəlbəcər rayonunun erməni işğalçıları tərəfindən qəsb edilməsi və Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə iştirak edənlər 1993-cü ilin aprel ayının 3–də Kəlbəcər rayonunun işğalı, Başlıbel faciəsi və 27 il sonra Kəlbəcər rayonunun azad edilməsi,  “Aprel döyüşləri”nin tarixi əhəmiyyəti, həmin günlərdə əldə olunan zəfərin 2020-ci ilin Vətən müharibəsində həlledici rolundan söhbət açdılar. Əldə olunan zəfərdə Azərbaycan əsgərinin və ona rəhbərlik edən Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının sərkərdəlik bacarıq və istedadından ətraflı danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi