“Bahar çələngi” adlı geniş tədbir keçirildi

18 mart 2022-ci il tarixdə məktəbin akt zalında müəllim və şagirdlərin iştirakı ilə “Novruz bayramı”na həsr olunmuş bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Qabil Nəsibov Novruz bayramının tarixi, bayramla bağlı adət-ənənələrimiz, bayramda icra olunan ayinlər, oyunlar haqqında tədbir iştirakçılarına məlumat verdi. Şagirdlər Novruza həsr olunmuş ədəbi-bədii kompazisiya ilə çıxış etdilər. Tədbirdə iştirak edən kiçik yaşlı məktəblilər yazın gəlişinə aid şeirlər söylədilər, Novruzda qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək və sair kimi adətlərindən danışdılar, milli rəqslərimizdən nümunələr göstərdilər. Bayram tədbirində iştirak edən Kosa və Keçəl personajları həmişə olduğu kimi məktəblilərin marağına səbəb oldu.