1 mart – Ümumdünya Mülki Müdafiə Günüdür

1 mart 2022-ci il tarixdə məktəbdə “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş məktəbin mülkü müdafiə üzrə tədbir planına, Yasamal rayonu üzrə Fövqaladə hallar və Mülkü Müdafiə şöbəsinin tövsiyəsinə əsasən “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülkü müdafiəsi və idarə edilməsi; könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda pandemiya qaydalarına əməl edilməklə maarifləndirməklə tədbir keçirildi. Tədbirdə məktəbin hərbi rəhbəri Şahlar Məmmədov çıxış etdi.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Şahlar müəllim Ümumdünya Mülki Müdafiə Təşkilatının tarixinə qısa nəzər salaraq bu nüfuzlu beynəlxalq qurumun köçkün əhalinin müdafiəsi və idarə edilməsi ilə bağlı ətraflı məlumat verdi. Şagirdlər tədbirdə fəal iştirak etdilər.