“Narkomaniya ümümbəşəri bəladır” mövzusunda tədbir keçirildi

“Narkomaniya ümümbəşəri bəladır” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı və sonra tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş həmvətənlərimizin ruhuna 1 dəqiqəlik sükutla yad etdilər. Tədbirdə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis kapitanı Fəxrəddin Nəsirov, Yasamal rayon Polis İdarəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi Polis polkovnik-leytenantı Nəbi Nəcəcfov və Yasamal rayon Polis İdarəsinin veteranlar Şurasının sədri Xanlar Ağayev iştirak etdilər. Şagirdləri maraqlandıran suallara cavab verildi.