Xocalı soyqırımına həsr olunmuş "Dəyirmi masa" təşkil olundu

Bu gün məktəbdə müəllim və şagirdlərin iştirakı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Dəyirmi masa” təşkil olundu. Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən müharibədə şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəb direktoru Xocalı faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdi. Eyni zamanda məktəbin tarix müəllimi Dilbər Əhmədova 5 “A” sinfində Xocalıya həsr edilmiş açıq dərs keçirdi. Müəllim açıq dərsdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliamlar haqqında məlumat verdi. Tədbir iştirakçıları sonda Xocalı faciəsini özündə əks etdirən video-filmə baxdılar.