Şəhid İsa Məhərrəmovun doğum günü

15.02.2022-ci il tarixində məktəbin şəhid məzunu İsa Məhərrəmovun doğum günü münasibəti ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başladı. Tədbirdə məktəb direktoru Qabil Nəsibov, direktor müavini Aydan Məmmədova, tarix müəllimi Ramiz Nəcəfli çıxış etdilər. Şəhidin sinif rəhbəri olmuş Yeganə Hacıyeva İsanın məktəb illərindəki xatirələrindən tədbir iştirakçılarına danışdı. Məktəbin ibtidai sinif sagirdləri şəhidimizin anım günü üçün hazırladıqları şeirləri söylədilər.