Pedaqoji şuranın növbəti iclası keçirildi

7 fevral 2022 tarixində pedaqoji şuranın növbəti iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd 2021 – 2022 dərs ilinin I yarımilinin BSQ nəticələrinin təhlili, I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələrin müzakirəsini aparmaq və müvafiq məsələlərlə bağlı kollegial qərarlar qəbul etməkdən ibarət olub. Pedaqoji şuranın toplantısında direktor Qabil Nəsibovun məruzəsi dinlənilib. Direktor müavinləri, məktəb psixoloqu, UBR-in I yarımildə görülmüş işlərlə bağlı hesabatları dinlənilib. İclasda əsasən 2021 – 2022 ci il dərs ilinin I yarımilində təhsilin keyfiyyətinin artırılması ilə bağlı görülən işlər, bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsəmə vəziyyəti müzakirə olunub. II yarımildə nöqsanların aradan qaldırılması öyrənmə bacarıqlarının inkişafı məsələləri pedaqoji heyyətin diqqətinə çatdırılıb. II yarımildə qarşıda duan məsələlərlə bağlı tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi