20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçirildi

Bu gün məktəbin ibtidai və yuxarı sinif şagirdləri ilə 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçirildi. Dərslərdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər dərs zamanı 20 yanvar faciəsi haqqında şagirdlərə geniş məlumat verdilər. “20 yanvar faciəsi qan yaddaşımızdır” başlığı altında şagirdlər tərəfindən çəkilmiş rəsmlərin məktəbin foyesində sərgisi təşkil olundu.