“Şəhidlər unudulmur” adlı dəyirmi masa keçirildi

  Bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş “Şəhidlər unudulmur” adlı dəyirmi masa keçirildi. Tədbirdə məktəb direktoru Qabil Nəsibov, tarix müəllimi Ramiz Nəcəfli, ədəbiyyat müəllimi Sevil Qeybullayeva, 20 yanvar faciəsinin canlı şahidi olmuş qazi İlqar Hüseynov, ibtidai siniflər üzrə müavin Lətafət Həsənova iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səslənildi, 20 yanvar şəhidləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi. 20 yanvar faciəsi qazisi İlqar Hüseynov 20 yanvar faciəsi günü mənəvi təcavüzə məruz qalmış, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olan, Vətənin azadlığı və müstəqilliyi naminə canlarından keçən şəhidlər haqqında öz gördüklərini tədbir iştirakçılarına danışdı. İbtidai sinif şagirdlərinin 20 yanvar faciəsi haqqında  hazırladıqları şeirləri  söylədikdən sonra tədbir sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi