Qələbəyə hərs olunmuş tədbir

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf fondunun təşkilatçılığı və məktəb kollektivinin iştirakı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi münasibətilə məktəbdə tədbir keçirilib. Tədbirdə fondun sədri qazi Ədalət Məhərrəmov, Xocalı Soyqırımı ictimai birliyinin idarə heyyətinin üzvü Qarabağ qazisi Zahid Qarayev, Qazilər ictimai birliyinin Sabunçu rayon şöbəsinin müavini mayor Bünyad Qarayev, ikinci Qarabağ müharibəsi qazisi baş kəşfiyyatçı Kamran Qasımov iştirak etdilər. Tədbiri məktəbin direktoru Qabil Nəsibov açıq elan etdi. Azərbaycan Dövlət Himni ifa olundu. I və II Qarabağ müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Qonaqlar Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi altında ordumuzun əldə etdiyi nəaliyyətlərdən danışdılar. Tədbirdə 52 nömrəli tam orta məktəbin məzunu I Qarabağ müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Eldar Məcidovun bacısı qızı Asya Rəhmanova çıxış etdi. Fondun sədri və qonaqlar qabaqcıl müəllim və şagirdləri diplomlarla təltif edib, hədiyyələr verdilər. Tədbirin sonunda şagirdlər qələbəyə həsr olunmuş mahnı və şeirlərlə qonaqlar qarşısında çıxış etdilər.