Məktəbdə ağacəkmə aksiyası keçirilib

Məktəbin həyətyanı sahəsində “Yaşıl məktəb” aksiyası çərçivəsində “Zəfər Günü”nün şərəfinə 44 həmişəyaşıl ağac – eldar şamı, kiparis əkilib və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Layihə çərçivəsində keçirilən tədbirlərdə məktəbin kollektivi ilə yanaşı Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi qaziləri də iştirak ediblər.