Zəfər Gününə həsr edilmiş dərs keçirildi

Məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr edilmiş dərs keçirildi. Açıq dərsi keçən tarix müəllimi Dilbər Əhmədova dərsdə işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, tanınmış şəxsiyyətləri və müharibədən sonra həyata keçirilən quruculuq işləri barədə şagirdlərə məlumat verdi. Dərsdə videomateriallar nümayiş olundu.
Məktəb direktoru Qabil Nəsibov, direktor müavinləri Aydan Məmmədova və Nüşabə Ağamirova, tarix müəllimi Ramiz Nəcəfli dərsdə iştirak etdi.